Qadin.NET / Payız yaş üzünü nə vaxtadək göstərəcək?

Payız yaş üzünü nə vaxtadək göstərəcək?

 



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 29-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər çiskinli olacağı, axşama doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.Bakıda və Abşeron yarımadasında oktyabrın 29-da havanın temperaturu gecə 7-10, gündüz 12-15 dərəcə isti olacaq.Azərbaycan rayonlarında oktyabrın 29-da bəzi yerlərdə yağış yağacaq, ayrı-ayrı yerlərdə duman olacaq, Şərq küləyi əsəcək.Aran rayonlarında havanın temperaturu gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

 

Mənbə: Milli.Az

28 oktyabr 2014
GO BACK