Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov deyib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin sifarişi ilə alınan bu geyimlərin sayı hazırda təxminən 100-dür. Geyimlərin sayı hələlik kifayət hesab edilir. Ehtiyac olarsa, yeni geyimlər də alına bilər.
Yeni geyimlər yalnız laboratoriyada işləyən heyət üçün nəzərdə tutulub.
Ş.Qurbanov deyib ki, Azərbaycanda tibb işçiləri üçün xüsusi birdəfəlik geyimlər var. Ancaq həmin geyimlərdən fərqli olaraq, Ebola virusu ilə əlaqədar alınmış yeni geyimlər biotəhlüküsəzilik 3-4 səviyyəsindədir, yəni bu geyimlər ən təhlükəli viruslar üçün nəzərdə tutulub.
Ş.Qurbanov deyib ki, Ebola virusu ilə əlaqədar laborator müayinələrin aparılması üçün xüsusi şərait və avadanlıqlar var.