Qadin.NET / Ermənilər ora da göz dikiblər

Ermənilər ora da göz dikiblər

Krım erməni icmasının Milli Qurultayı Ukraynanın separatçı Krım regionunda regional milli-mədəni muxtariyyət yaratmaq barədə qərar qəbul ediblər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu icmanın rəhbəri Vaqarşak Melkonyan deyib.Onun sözlərinə görə, regional milli-mədəni muxtariyyət Rusiyanın qanunvericiliyinə uyğun olaraq dekabrın 13-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçəcək.V.Melkonyan qeyd edib ki, yeni regional birliyin tərkibinə ermənilərin 17 yerli milli-mədəni muxtariyyəti daxil olacaq: "Belə muxtariyyətin yaradılması mədəniyyətin, milli dilin, tarixi irsin qorunması üzrə proqramların respublika və dövlət büdcəsindən maliyyələşdirilməsinə imkan yaradacaq".Bundan başqa, Krım erməni icması Ermənistan Xarici İşlər Nazirliyinə müraciət edərək Krımda konsulluq açmağı xahiş edib.
Qeyd edək ki, Krımda 15-20 min erməni yaşayır.
Mənbə: Milli.Az

27 oktyabr 2014
GO BACK