Qadin.NET / Qazax benzini alacağıq

Qazax benzini alacağıq

 

Qazax benzini alacağıq

Qazaxıstan Azərbaycandan “Aİ- 92” markalı 3 min ton benzinin alınmasına dair müqavilə bağlayıb. 
ANS TV-nin Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın Energetika Nazirliyindən bildirilib. Məlumatda deyilir ki, şirkət Azərbaycan yanacağınının Rusiya ərazisi ilə tədarükünü həyata keçirəcək. Qazaxıstanın Azərbaycandan neft məhsulları alması bir müddətdir müzakirə olunurdu. Amma Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev söhbətin benzindən yox, dizel, sürtkü yağı kimi digər məhsullardan getdiyini demişdi. Çünki Azərbaycan özünün benzinə olan tələbatını zorla ödəyir. 
Şirkətin Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev isə məsələni şərh edərkən daxili bazarda problem olmayacağını bildirib. 
“Bu əlverişli ticari bir əməliyyatdır. Biz Azərbaycan daxili bazarını tam təmin etmək üçün bir çox neft məhsullarının idxalını həyata keçirmişik. Artırılan bu idxalın bir hissəsini Qazaxıstan bazarına da ötürmək olar”, - deyə Vaqif Əliyev qeyd edib.

 

 

Mənbə: ANS PRESS

27 oktyabr 2014
GO BACK