Qadin.NET / Bu qız əsl Rapunzeldir

Bu qız əsl Rapunzeldir


Keti Uayt
ın saçı görənləri heyrətləndirir. 12 yaşlı Ketinin boyu 149 sm, qızılı rəngli saçının uzunluğu 101 sm-dir.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Emmanford bölgəsindəki Bişop Roud şəhərində yaşayan Ketini Disney qəhrəmanı Rapunzelə bənzədirlər."İndiyədək saçıma cəmi 3 dəfə qayçı dəyib. Saçımı uzatmaq, Rapunzel kimi ən uzun saça malik olmaq istəyirəm", - Keti deyib.Qızın anası Barbaranın sözlərinə görə, Ketinin 6 yaşı olanda o, qayçı ilə saçından böyük hissəni kəsibmiş."Qızım saçı ilə qürrələnir. Üstəlik, bu saç həm də silah ola bilər. Keti çokvando döyüş sənəti ilə məşğuldur. O, başını yelləyərsə, saçı ilə adam yıxa bilər", - Barbara gülərək söyləyib.
Bu qız əsl Rapunzeldir

Bu qız əsl Rapunzeldir

Bu qız əsl Rapunzeldir

Bu qız əsl Rapunzeldir

Mənbə: Milli.Az
27 oktyabr 2014
GO BACK