Qadin.NET / Həkim işləmək istəyənlərin nəzərinə

Həkim işləmək istəyənlərin nəzərinə

 

Həkim işləmək istəyənlərin nəzərinə

Səhiyyə Naziriliyi 2014-cü ildə rezidenturanı bitirən həkim-mütəxəssislərlə bağlı məlumat yayıb.
ANS PRESS-in Nazirliyə istinadla verdiyi məlumata görə, 2014-cü ildə rezidenturanı bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyində keçiriləcək. 
Təyinat və iş yerinə göndərilmə 4 noyabr 2014-cü il tarixində saat 14.00-də başlayacaq.
Səhiyyə Naziriliyi 2014-cü ildə rezidenturanı bitirən həkim-mütəxəssislərə müraciət edərək onlardan şəxsiyyət vəsiqələrini Nazirliyə təqdim etmələrini xahiş edir.

 Mənbə: ANS PRESS 


27 oktyabr 2014
GO BACK