Yaxın 2-3 gün ərzində ölkədə dəyişkən buludlu hava müşahidə olunacaq. Hava arabir tutulacaq. Şimal və şərq rayonlarında yağıntı olacaq. Ötən günlərə nisbətən temperatur 2-3 dərəcə yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin ANS PRESS-ə verdiyi məlumata görə, oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava gözlənilir. Hava arabir tutulacaq, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu axşam saatlarında 6-8, gündüz 12-15 dərəcə olacaq.
Rayonlarda da gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, ayrı-ayrı şərq rayonlarında yağış yağacaq. Aran rayonlarında temperatur gecə 5-8 dərəcə, gündüz 10-15 dərəcə, dağlıq ərazilərdə gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.
Mənbə: ANS PRESS