Cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində Lənkəran rayonunda fövqəladə vəziyyət yaranıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Lənkəran şəhərində və kəndlərdə böyük gölməçilər yaranıb.
Rayonun kəndlərində də vəziyyət acınacaqlı hal alıb. Yüzlərlə evin həyəti yağış suları ilə dolub. Bir çox evlərin birinci mərtəbələri su altında qalıb.Hadisə ilə bağlı rayon icra nüməyəndələri ərazilərə baxış keçirirlər. İcra hakimiyyətindən bildirilib ki, yağış sularının axması üçün kanallar açılıb. Qısa müddət ərzində problemin aradan qaldırılacağı bildirilib.
Hazırda bölgədə intensiv yağış yağır.
Mənbə: ANS PRESS