Şimali Koreya Xalq-Demokratik Respublikasının lideri Kim Çen In dünən paytaxt Pxenyanda inşa edilmiş yeni Körpələr Evinə baş çəkib.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, 31 yaşlı diktatoru ölkənin güc strukturlarının rəhbərləri və marşallar müşayiət ediblər.Sağ əlində əsa olan və axsayaraq yeriyən diktator ata-anasız uşaqlar üçün inşa edilmiş mərkəzdə olarkən gülümsəyirdi.
Körpələr Evinin ziyarət olunmasında Kim Çen Inı müşayiət edən şəxslərin arasında bir sıra məmurlar yoxdu.Şimali Koreyanın telekommunikasiya və rabitə naziri, Hərbi-Hava Qüvvələrinin komandanı, habelə idman, iqtisadiyyat, maliyyə nazirləri gözə dəyməyiblər. Bu adamlar artıq 6 aydır ki, heç bir rəsmi tədbirə qatılmırlar.İddialara görə, sözügedən məmurlar vəzifələrindən kənarlaşdırılıblar. Onların həbs edildiyi, bəzilərininsə edam olunduğu vurğulanır.
Mənbə: Milli.Az