Qadin.NET / Hava haqqında

Hava haqqında

 

Oktyabrın 27-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Milli.Az AzerTAc-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasındagecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-şərq küləyi 8-13 m/s. Havanın temperaturunun gecə 6-9° isti, gündüz 10-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 millimetr civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi 3-8 m/s.

Havanın temperaturunun gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və 
Daşkəsən-Gədəbəy rayonlarında 
bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi 3-8 m/s.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındabəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi 5-10 m/s.

Havanın temperaturunun gecə 4-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz,Qusar rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s.
Havanın temperaturunun gecə 2-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir. 

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s.
Havanın temperaturunun gecə 5-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi 5-10 m/s.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-16° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Mənbə: Milli.Az

 

27 oktyabr 2014
GO BACK