Qadin.NET / Azərbaycanda qış vaxtı

Azərbaycanda qış vaxtı

 

Azərbaycanda qış vaxtı

Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu gün - oktyabrın 26-da yay vaxtı ləğv edildi.
ANS PRESS-in Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, bu gün, saat 05:00-da ölkə ərazisində saatlar 1 saat geri çəkilməklə baş verdi.
Qeyd edək ki, Nazirlər Kabinetinin yay vaxtının tətbiq edilməsi haqqında 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. 
Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. 
Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir. 
Mənbə: ANS PRESS

 

26 oktyabr 2014
GO BACK