Uzunluğu 100, eni 8, hündürlüyü isə 4 metr olacaq keçiddə artıq svay işləri başa çatdırılıbBakı-Ələt yolunun 4-cü kilometrində (Bayıl dairəsi adlanan ərazidə) yeraltı piyada keçidinin tikintisi davam etdirilir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, uzunluğu 100, eni 8, hündürlüyü isə 4 metr olacaq keçiddə artıq svay işləri başa çatdırılıb.
Hazırda döşəmə betonun tökülməsi və tunelin qazıntısı işləri gedir, kommunikasiya xətləri köçürülür.
Layihəyə əsasən 4 giriş-çıxışdan ibarət keçiddə eskalatorların quraşdırılması nəzərdə tutulub.
Tikinti işlərinin 2015-ci ilin birinci rübündə başa çatdırılması planlaşdırılır.
Mənbə:Milli.Az