Olimpiya Oyunaları üçün suvenir xalçalar toxunur

Xalçaçılıq sənəti qədim peşələrdən biridir. Əsrlərdir, bu xalq tətbiqi sənət sahəsi öz toxunulmazlığını qoruyub və bu vaxta qədər gəlib çıxıb. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, İsmayıllıda isə xalçalıqdan şöhbət düşəndə, ilk növbədə, Lahıc, Təzəkənd, Qalacığın adı yada düşür. Amma rayonda adı-sanı ilə tanınan xalçaçı az deyil.İsmayıllıda 1995-ci ildən fəaliyyət göstərən xalça sexində 30-a yaxın işçi çalışır. Burada müxtəlif ölçülərdə milli arnamentli xalçalar, portretlər, kilimlər, sumaxlar, palazlar və suvenirlər toxunur. Ən böyük xalçanın ölçüsü 70 kvadratmetrdir. Müəssisə rəhbəri Ruhiyyə Süleymanovanın sözlərinə görə, burada toxunan məhsullar yerli sakinlərlə yanaşı, xaricilərin də diqqətini cəlb edir. Ancaq sexin fəaliyyətinin davamı üçün maddi amil də rol oynayır. Buna görə də, bəzi xalçalar sifariş əsasında hazırlanır. Xalçaların toxunmasında istifadə olunan cəhrə ipləri elə sexdə rənglənir. Müsahibimizin sözlərinə görə, yerli iplər keyfiyyətinə görə, tələblərə cavab vermir. Buna görə də İran və Türkiyə kimi xarici ölkələrdən iplər gətirilir. Bir xalçanın toxunması 6 aydan 2 ilə qədər vaxt aparır. Bu müddət xalçanın naxışından, sıxlığından və ölçüsündən asılı olaraq dəyişir. Ruhiyyə Süleymanova eləcə də 2015-ci ildə Azərbaycanda keçiriləcək Yay Olimpiya Oyunaları üçün suvenir xalçaların toxunduğunu da bildirdi.
Mənbə: Milli.Az
26 oktyabr 2014
GO BACK