Qadin.NET / Müsəlmanlar üçün xüsusi telefon

Müsəlmanlar üçün xüsusi telefon

Müsəlmanlar üçün xüsusi mobil telefon istehsal edilib.ANS PRESS-in məlumatına görə, "BQ İstanbul" adlı mobil cihaz Rusiyada hazırlanıb. Rusiya və Tatarıstan müsəlman qadınlar birliyi sədri Nailya Ziqanşina xüsusi tətbiqlərə sahib ilk müsəlman cib telefonunun noyabrdan etibarən satışa çıxarılacağını bildirib. Gündəlik namaz vaxtlarını istifadəçiyə təqdim edən və vaxtla bağlı xəbərdarlıq edən mobil telefona böyük maraq göstəriləcəyi gözlənilir. Telefonda "Namaz həyəcanı" kimi tətbiqlər də var. Bir sözlə, bu telefonda müsəlmanın ehtiyacı olan bütün tətbiqlər mövcuddur. Maraqlı dizaynlı telefon asan istifadəyə sahib menyusu ilə surələr arasında sürətli keçidi təmin edir. Mobil cihazın ucuz qiymətlərlə bazara çıxarılacağı bildirilir.

Mənbə: Milli.Az

26 oktyabr 2014
GO BACK