Qadin.NET / Dünya şöhrətli müğənni öldü

Dünya şöhrətli müğənni öldü

Rok musiqisinin məşhur ifaçılarından biri, 72 yaşlı Alvin Stardust dünyasını dəyişib.Axşam.Az xarici mətbuata istinadən xəbər verir ki, prostat xərçəngindən əziyyət çəkən ifaçı evində həyatla vidalaşıb. 1942-ci ildə Londonda dünyaya gələn Alvin 1961-ci ildə musiqi karyerasına başlayıb. "My Coo Ca Choo", "Jealous Mind" və "I Feel Like Buddy Holly" kimi mahnıları onu bütün dünyada tanıdıb.Stardust noyabrın 3-də yaradıcılığa başlamasından 30 il sonra ilk albomu olan “Alvin”i çıxarmağa hazırlaşırdı.

Mənbə: Milli.Az

25 oktyabr 2014
GO BACK