Qadin.NET / "Gərginlik və təzyiqi dişləməklə büruzə verirəm"

"Gərginlik və təzyiqi dişləməklə büruzə verirəm"

Luis Suarez 2014-cü il Braziliya mundialında Ciorcio Kyellini ilə yaşadığı insidentə yenidən münasibət bildirib. Milli.Az Goal.Az-a istinadən xəbər verir ki, hücumçu hər şeyi geridə qoyduğunu bildirib."Düşünürəm ki, bütün xoşagəlməz hadisələr artıq geridə qalıb. İndi düzgün yolda olduğuma əminəm. Mənə kömək edən insanlarla çalışıram. Bu, çox əhəmiyyətlidir"."Hər kəsin özünəməxsus müdafiə instinkti var. Təzyiq və gərginlik məndə özünü bu cür (dişləməklə - red.) büruzə verir. Kiminsə ayağını sındıran və ya burnunu qıran futbolçular var. Kyellini ilə baş verəni bu hərəkətlərdən daha pis hesab etdilər. Dişləməyin kəskin qarşılanmasını anlayıram. Bilirəm ki, dişləmək və yerə yıxılmaq barəsində səhv məndə idi. Amma mən heç bir sübut olmadan rasizmdə ittiham olunmuşdum".Xatırladaq ki, Suarezə verilən 4 aylıq diskvalifikasiya bu gün başa çatır.
Mənbə: Milli.Az

 

25 oktyabr 2014
GO BACK