Qadin.NET / "Qarabağ"ın daha bir uğuru

"Qarabağ"ın daha bir uğuru

Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları da arxada qaldı.Milli.Az Sportal.Az-a istinadən xəbər verir ki, avrokuboklarda son turun yekun oyunlarına görə, UA-Futbol saytı Avropa Liqasında həftənin simvolik yığma komandasını müəyyən edib.
Simvolik yığmada “Qarabağ”ın kapitanı Rəşad Sadıqov da yer alıb. “Dnepr”lə oyunda futbolçumuzun oyununu yüksək dəyərləndirən həmkarlarımız Sadıqovu mərkəz müdafiçisi kimi ən yaxşı hesab ediblər. “Dnepr”lə qarşılaşmada qolun müəllifi Muarem Muaremi isə oyunun qəhrəmanı sayıblar. Avropa Liqasında həftənin simvolik yığma komandasında aşağıdakı futbolçular yer alıblar 
Qapıçı: Kreyq Qordan (“Seltik” Şotlandiya)
 Müdafiəçilər: Nikola Maksimoviç (“Torino”, İtaliya), Fil Yaqelka (“Everton”, İngiltərə), Rəşad Sadıqov (“Qarabağ”, AZƏRBAYCAN), Juan Jezus (“İnter”, İtaliya), 
Yarımmüdafiəçilər: Kevin Konstant (“Trabzonspor”, Türkiyə), Kevin de Brüne (“Volfsburq”, Almaniya), Kristian Malinaro (“Torino”, İtaliya),
Hücumçular: Andrey Kramariç (“Rieka”, Xorvatiya), Demba Ba (“Beşiktaş”, Türkiyə), Qiyom Oaro (“Yanq Boyz”, İsveçrə)
Baş məşqçi: Kent Nilsen (“Olborq”, Danimarka) 
Mənbə: Milli.Az
25 oktyabr 2014
GO BACK