Qadin.NET / Günəş dəhşət saçır

Günəş dəhşət saçır

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayışlar Günəş ləkələri yaxınlığında qeydə alınıb. Ləkələrin həcmi alimləri narahat edib. Belə ki, 2008-ci ildən bu böyüklükdə Günəş ləkələri müşahidə olunmamışdı.NASA-nın məlumatına görə, Günəşdəki partlayışıar Yerin maqnit sahəsinə nəzərəçarpacaq təsir edə bilər. NASA-nın mütəxəssislərinin sözlərinə əsasən, yaxın günlərdə Günəşdə partlayışlar təkrarlana bilər: "Bunun bütün dünyada rabitə ilə bağlı problemlər yaratma ehtimalı var".Qeyd edək ki, oktyabrda Günəşdə tapılan iri ləkəyə "AR 21912" adı verilmişdi.

Mənbə: Milli.Az

25 oktyabr 2014
GO BACK