Qadin.NET / Tibbdə inanılmaz yenilik: ölünü diriltdilər

Tibbdə inanılmaz yenilik: ölünü diriltdilər

Avstraliyalı həkimlər dünyada ilk dəfə olaraq dayanmış ürəyin köçürülməsi əməliyyatını aparıblar. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, tamamilə dayanmış ürək köçürüldükdən sonra yenidən işləməyə başlayıb. Avstraliyalı alimlərin bu əməliyyatı orqan köçürülməsi sahəsində yeni üfüqlər açır. Bu günə qədər cərrahlar yalnız döyünən ürəyi köçürə bilirdilər. Yalnız beyni ölmüş, lakin ürəyi hələ də döyünən insanlardan köçürülürdü. Avstraliyanın müqəddəs Vinsent xəstəxanasının həkimləri ürəyi dayandıqdan 20 dəqiqə sonra yenidən işə salıblar. 

Mənbə: Milli.Az
25 oktyabr 2014
GO BACK