
Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, ABŞ-ın Texas və Merilend univeristetilərinin əməkdaşları bu istiqamətdə araşdırma aparıblar. Doktor Brayan Dounerin rəhbərliyi ilə keçirilən tədqiqatda 660 nəfər iştirak edib. Ahıl yaşda olan insanlarda konqnitiv funksiya ilə alkoqol arasındakı əlaqə öyrənilib. Əldə olunan nəticələrdən görünüb ki, az miqdarda alkoqol yaşlı insanların yaddaşlarını gücləndirir. Bu miqdarda alkoqol orqanizmin idarəetmə funksiyasına və psixi imkanlara təsir göstərmir.
Mənbə:Milli.Az