Qadin.NET / Azərbaycanda dərmanların qiyməti ilə bağlı gözlənilməz YENİLİK

Azərbaycanda dərmanların qiyməti ilə bağlı gözlənilməz YENİLİK


"Azərbaycanda dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsinə çalışmaq lazımdır"
Trend-in məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Ə.Əhmədov qeyd edib ki, hazırda Azərbaycanda dərmanların vahid qiymətinin tətbiqi məsələsi üzərində iş gedir.
Onun sözlərinə görə, bu, dünyanın əksər ölkələrində belədir: "Güman edirəm ki, Azərbaycan da bu yolla getməlidir. Bu istiqamətdə müəyyən addımlar atılıb və işlər görülüb. Biz çalışmalıyıq ki, insanların ala bilməsi üçün dərman preparatlarının qiymətləri optimal olsun. Eyni zamanda, nəzərə alınmalıdır ki, Azərbaycanda dərman preparatları istehsal olunmur və dərmanlar əsasən idxal edilir”.
Ə.Əhmədovun fikrincə, elə etmək lazımdır ki, sahibkarlar da o dərmanları ölkəyə gətirməkdə maraqlı olsunlar: “Burada iki tərəfin marağı nəzərə alınmalıdır. Birincisi, sahibkarın, çünki bu maraq nəzərə alınmasa, sahibkar dərmanları Azərbaycana gətirmək istəməyəcək. İkincisi isə, vətəndaşın marağı nəzərə alınmalıdır. Bu iki marağın uzlaşdırılması o qədər də asan deyil. Amma bu istiqamətdə işlər gedir və yaxın zamanda bunun şahidi olacağıq”.
Mənbə:Milli.Az

25 oktyabr 2014
GO BACK