Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestin 5-ci sektorunda yerləşən “Müqəddəs Maria” uşaq evinə məişət texnikası, ərzaq və geyimdən ibarət humanitar yardım edilib.
Milli.Az Azər Tac-a istinadən məlumat verri ki, uşaq evinin direktoru Yuliana Stoiçesku Heydər Əliyev Fondunun hər zaman ehtiyacı olan insanlara kömək etdiyini bildirib və bunun yüksək qiymətləndirildiyini söyləyib. Y.Stoiçesku uşaq evinə edilən bu yardıma görə Heydər Əliyev Fonduna, xüsusilə Fondun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev Fondun fəaliyyəti barədə məlumat verib. İ.Hacıyev Fondun Buxarestdə və Rumıniyanın digər regionlarında xeyriyyə aksiyalarını davam edəcəyini söyləyib.
Mənbə: Milli.Az