Qadin.NET / Facebook-dan məxfi yazışma təklifi

Facebook-dan məxfi yazışma təklifi

 

Facebook şirkəti ləqəblərdən istifadəyə əsaslanan məxfi ünsiyyət saxlamağa imkan verən yeni Rooms mobil proqramını təqdim edib. Bu haqda Rooms xidmətinin rəsmi saytında yazılıb.Tətbiqin ideyası ondan ibarətdir ki, istifadəçilər bu və ya digər çat müəllifinin verdiyi müəyyən mövzu üzrə məzmunla mübadilə etsinlər.Milli.Az İCT nevs-a istinadən bildirir ki, Rooms məhsulu üzrə menecer Coşa Miller bildirib ki, 1990-cı illərdə populyar olmuş forum və çatlar tətbiqinin hazırlanmasına stimul verib.

 

Ləqəblərdən istifadə Rooms mobil proqramının əsas özəlliyidir. İstifadəçi Rooms tətbiqində bir neçə müzakirədə iştirak edirsə, hər bir otaqda ayrıca ləqəb seçə bilər.Rooms mobil proqramı bu gündən ABŞ, Böyük Britaniya və başqa ingilisdilli ölkələrdə əlçatandır. Ancaq hələ ki tətbiqin yalnız iOS platforması üçün versiyası buraxılıb, ona görə yalnız iPhone sahibləri bu proqramdan istifadə edə biləcəklər. 
Mənbə: Milli.Az
24 oktyabr 2014
GO BACK