Qadin.NET / Azərbaycanda qar yağacaq

Azərbaycanda qar yağacaq

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacaq. Şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-13, günün birinci yarısında 16-21, axşama doğru 8-12 dərəcə isti olacaq.Sabah Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq yağıntıların intensivləşəcəyi, gecəyə doğru bəzi dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, axşam bəzi Kür vadisi rayonlarında küləyin arabir güclənəcəyi gözlənilir.Aran rayonlarında havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq. Rayonlarda havanın temperaturunun enməsi əsasən oktyabrın 26 və 27-də müşahidə ediləcək.

Mənbə: Milli.Az

24 oktyabr 2014
GO BACK