Qadin.NET / Qaraciyər xərçənginin müalicəsində yeni üsul tapıldı

Qaraciyər xərçənginin müalicəsində yeni üsul tapıldı

 

Qaraciyər xərçəngi ən geniş yayılmış bədxassəli şişlərdəndir. Hər gün dünyada orta hesabla 250 min adama qaraciyər xərçəngi diaqnozu qoyulur. Kişilərin bu xəstəliyə yoluxmaq "şansları" daha çoxdur. Hər yaşda insan bu xəstəliyə yoluxa bilər. Ancaq əsasən 40 yaşından yuxarı insanların qaraciyərlərində şiş aşkarlanır. Milli.Az-ın Rusiya mətbuatına istinadən bildirir ki, Moskva vilayət onkoloji dispanserinin əməkdaşları xəstəliyin müalicəsində irəliləyişə nail olublar. Dispanserin baş həkiminin müavini, professor Maksim Zabelin deyir ki, qaraciyər xərçəngi ilə bağlı əsas problem gec diaqnoz qoyulmasıdır. "Bu gün geniş imkanlara malik cərrahlar xərçənglə effektiv mübarizə apara bilirlər. Yalnız diaqnozun vaxtında qoyulması məsələsi qalıb". 

 

Mənbə: Milli.Az
24 oktyabr 2014
GO BACK