Qadin.NET / Mark Zukerberq dünyanı təəccübləndirdi

Mark Zukerberq dünyanı təəccübləndirdi

 

 

Dünyanın ən populyar sosial şəbəkəsi Facebook-un sahibi və direktoru Mark Zukerberq Pekində çinliləri heyrətləndirib.
O, Pekindəki Sinhua İqtisadiyyat və Menecment İnstitutunda tələbələrlə görüş zamanı çin dilində danışıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Zukerberqin dediyinə görə, bu dili ona xanımı Prissilla Çan öyrədib.
"Prissillanı nənəsindən istəmək üçün çin dilini öyrənmək məcburiyyətində qaldım. Gərəkli sözləri öyrənəndən sonra onun nənəsi ilə danışdım və nişanlanmağımız üçün izn istədim", - Mark Zukerberq gülərək deyib.
Facebook Çində yasaqlanıb. Buna rəğmən, Mark Zukerberq başçılıq etdiyi şirkətin "Səmaaltı İmperiya"da fəaliyyət göstərə biləcəyinə ümid etdiyini vurğulayıb.Aparıcı görüşün əvvəlində Zukerberqə xitab edərək soruşub: "Çinlə bağlı danışırıqsa, sizə çətin sualım var. Planlarınız nədir?"
Zukerberq suala çin dilində cavab verib: "Biz artıq Çindəyik və Çin şirkətlərinə xaricdə daha çox müştəri qazanmağa yardım edirik. Dünya ölkələrinə də Çinlə inteqrasiyanı gücləndirməyə kömək edirik".
Daha sonra o, "nənə əhvalatı"nı danışıb.
Pekin mediası Facebook-un rəhbərinin Çin dilində danışması barədə xəbərləri "Zukerberq dünyanı təəccübləndirdi" başlıqlarıyla verib.
Mənbə: Milli.Az
24 oktyabr 2014
GO BACK