Qadin.NET / İŞİD belə vuruldu

İŞİD belə vuruldu

 

 

Suriyanın şimalında yerli kürdlərin YPG və PYD qruplaşmaları ilə "İraq və Şam İslam Dövləti" (İŞİD) terror qrupu arasında qanlı döyüşlər davam edir.İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin silahlı dəstələri olan "Peşmərgə"lərdən 200 nəfərin Türkiyə ərazisindən Kobaniyə keçidinə rəsmi Ankaranın icazə verməsindən sonra bu şəhərdə kürdlərlə İŞİD-çilər arasında döyüşlər daha da gərginləşib.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bu arada ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin hərbi-hava qüvvələrinin təyyarələri Kobanidə İŞİD mövqelərinə zərbələrin intensivliyini artırıblar.Kobanidən 4 kilometr qərbdə yerləşən, böyük strateji əhəmiyyətə malik Til Şeir təpəsi də vurulan hədəflər arasındadır. İŞİD-in oktyabrın 14-də YAG kürdlərini vurub çıxardığı və ələ keçirdiyi təpəyə dünən ABŞ təyyarələri 5 bomba atıblar.Ümumiyyətlə isə, Birləşmiş Ştatların təyyarələri dünən İŞİD mövqelərinə 15 raket-bomba zərbələri endiriblər.
ABŞ-ın İŞİD-ə qarşı gerçəkləşdirdiyi bombardmanlarda son ayda 464 terrorçunun həlak olduğu vurğulanır. Eyni zamanda, bombardmanlarda 32 dinc sakin də həlak olub.
Mənbə: Milli.Az

 

 

24 oktyabr 2014
GO BACK