Türkiyə mətbuatında yer alan məlumatlara görə, AFFA Roberto Karlosu Azərbaycan millisinin sükanı arxasına gətirmək üçün 5 milyonluq təklif göndərib. Karlos isə bununla razılaşmayıb.Bu məsələyə Milli.Az vasitəsi ilə aydınlıq gətirən AFFA-nın mətbuat katibiMikayıl Nərimanoğlu bildirdi ki, bu yalandır: "Bu cür xəbərlər niyə yalandan yayımlanır - anlamıram. Biz nə Karlosa, nə də bir başqasına təklif göndərmişik. Bunlar dezinformasiyadır. Birdəfəlik bilinsin ki, AFFA-nın ümumi toplantısından sonra Azərbaycan millisinin rəhbəri bilinəcək".
Mənbə: Milli.Az