Qadin.NET / Füzulidə gecə gərginliyi

Füzulidə gecə gərginliyi

 

Füzulidə gecə gərginliyi

 

Cəbhə xəttində atəşkəs yenidən pozulub.
Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 15 dəfə pozulub.
Erməni silahlı bölmələri Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. 
Qarşı tərəf cavab atəşi ilə susdurulub. 
Mənbə: ANS PRESS 

24 oktyabr 2014
GO BACK