Qadin.NET / ABŞ-da növbəti təhlükə

ABŞ-da növbəti təhlükə

Amerika Birləşmiş Ştatlarında (ABŞ) daha bir Ebola şübhəlisi aşkarlanıb.ANS PRESS-in məlumatına görə, Sərhəd Tanımayan Həkimlər Təşkilatı ilə birlikdə Ebola xəstələrinin müalicəsi üçün Qvineyaya yollanan və oktyabrın 14-də Nyu-Yorka qayıdan həkim Kreyq Spensr virusa yoluxma şübhəsilə xəstəxanaya aparılıb.İlkin müayinələrdən həkimin Ebola daşıyıcısı olduğu aşkar edilib. Virus daşıyıcısının qurbanı olan həkimin Harlemdəki evinə möhür vurulub və yaşadığı küçədəki sakinlərə xəstəlik barədə məlumatlar yazılan broşürlər paylanılıb.Hazırda onun başqa insanlarla təmasda olub-olmadığını araşdırırlar.Qeyd edək ki, Kolumbiya Universiteti Tibb mərkəzində işləyən 33 yaşlı Kreyq Spensr Nyu-Yorkda Ebola xəstəsi çıxan 4-cü şəxs olub.
Mənbə: Milli.Az

24 oktyabr 2014
GO BACK