Qadin.NET / Futbolçularımız uduzanda cərimələnəcək?

Futbolçularımız uduzanda cərimələnəcək?

Rusiya yığmasının Braziliyada keçirilən dünya çempionatından tez çıxması 6 nəfər kommunist deputatı qəzəbləndirib. Onlar Rusiya Federasiyasının Bədən Tərbiyəsi və İdman haqqında qanunvericiliyinə dəyişiklik edilməsini təklif ediblər. Qanun layihəsini hazırlayan deputatlar tələb edirlər ki, idmançılar məğlub olduqları zaman əmək haqları kəsilsin.
Bütün bunlar Azərbaycanda da nəzərə alınmalıdırmı? Bizim futbolçular da məğlub oluqlarına görə cərimələnsinlərmi?Futbol fanatı, millət vəkili Fazil Mustafa bu mövzuda fikrlərini Milli.Az-a bölüşdü: "Belə bir halın bizim ölkəmizdə olacağına inanmıram. Bu, keyfiyyət məsələsidir. Hazırlıq yaxşı olmadıqda futbolçunu qınamaq olmaz ki, niyə yaxşı oynamadın. İlk öncə futbolumuzun səviyyəsini yüksəltməliyik. Cərimə ilə məsələ həll olunmaz. Yanlış yol olar bu.Məncə, Rusiyada bolşevik ənənələri olduğu üçün bu cür şeylərə çox sərt yanaşırlar. Bizim tərəfimizdən isə belə bir addım məqbul olmaz. Uşaq futboluna nəzarəti artırıb, yaxşı nəticə əldə etmək olar. Futboldan pul qazanmaq yox, nəticə naminə istifadə etmək lazimdır. Bizdə bu ənənəni dəyişmək lazımdır. Rayonlarda futbolun inkişafına diqqət olmalıdır, stadionlar tikilməlidir. İdman zallarının qapılarındakı qıfılları açmaq lazımdır ki, bu uşaqlar yetişsin. Axı nəyə lazımdır illərlə qapısında qıfıl olan və nəm qaparaq yararsız hala düşən idman zalları?! Əvvəl bu problemləri həll etməli, sonra futbolçularımızdan nəticə tələb etməliyik".

Mənbə: Milli.Az

24 oktyabr 2014
GO BACK