Milli.Az AzərTac-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.Şimal-qərb küləyi 10-15 m/s olacaq, gündüz arabir 18-23 m/s-dək güclənəcək.Temperaturun gecə 10-13° isti, gündüz 17-22° isti, Bakıda gecə 11-13° isti, gündüz 19-21° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə və axşam 75-85, gündüz 50-55 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək.Qərb küləyi 5-10 m/s olacaq, gündüz arabir güclənəcək.Temperaturun gecə 5-10° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.Qərb küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Temperaturun gecə 4-9° isti, gündüz 11-16° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək.Qərb küləyi 5-10 m/s olacaq, ayr-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.Temperaturun gecə 6-11° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.Qərb küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.Temperaturun gecə 6-11° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.Qərb küləyi 5-10 m/s olacaq, gündüz ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.Temperaturun gecə 8-13° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.Şimal-şərq küləyi 5-10 m/s olacaq, gündüz arabir güclənəcək.Temperaturun gecə 10-13° isti, gündüz 18-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Mənbə: Milli.Az