Özbəkistanın Uztelekom milli provayderi Skype, WhatsApp, Viber və Mail.Ru Agent üzərindən edilən zəngləri bloklamağa başlayıb.Milli.Az İCT nevs-a istinadən bildirir ki, adı çəkilən xidmətlərin istifadəçiləri oktyabrın 10-dan etibarən rabitənin keyfiyyətsizliyindən şikayət etməyə başlayıblar, amma KİV yalnız ötən həftənin sonunda bu haqda yazıb. Skype, WhatsApp və Viber vasitəsilə ünsiyyət qurmaq mümkündür,ancaq keyfiyyətli rabitə bir neçə saniyə davam edir. Bu halda messencerlərin istifadəçiləri mətn mesajlarını problemsiz göndərə bilərlər. UzNews.net onlayn nəşrinin mənbəyi əmin edir ki, rabitəni Uztelekom milli provayderi bloklayır.
Mənbə: Milli.Az