Hollandiyada tikilən yol işıq saçaraq yolun buzlu olmasını sürücülərə bildirir. Milli.Az-ın Motor Day.Az-a istinadən məlumatına görə, Şimali Brabant ştatının Oss şəhəri yaxınlığında 500 metrlik belə yolun tikintisi üçün Hollandiya hökuməti vəsait ayırıb.
Yolun ən diqqətçəkən hissəsi xətlərdir. Xüsusi fotolyuminiset toz sayəsində gecə vaxtı həmin xətlər işıq saçır. Gün ərzində xəttin üzərinə düşən işıq kvantları rəngin molekulyar quruluşunu dəyişir. Axşam isə molekulyar quruluş öz vəziyyətinə qayıdır və bu zaman işıq saçır.
Mənbə: Milli.Az