Qadin.NET / Azərbaycanda qiymət dinamikası Rusiyaya ixracın artması ilə bağlıdır?

Azərbaycanda qiymət dinamikası Rusiyaya ixracın artması ilə bağlıdır?

"Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinin dinamikası Rusiya bazarlarına ixrac tədarüklərinin artımı ilə bağlı deyil". Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov qiymət artımı məsələsini şərh edərkən deyib.Onun sözlərinə görə, çox vaxt rəqəmlər düzgün təhlil edilmir: "Bəzi hallarda kənd təsərrüfatı məhsullarının qiymətləri ötənilki mövsümün qiymətləri ilə müqayisə olunur, halbuki mövsümi qiymət artımı ixrac əməliyyatları zamanı formalaşdırılan qiymətlərdən fərqlənir".Nazir qeyd edib ki, bu məsələyə kompleks yanaşmaq və bazardakı vəziyyəti real qiymətləndirmək lazımdır: "Şübhəsiz ki, ixracı artan bəzi kənd təsərrüfatı məhsullarının qiymətlərində dəyişikliklər var, istehsalı artan müəyyən məhsulların qiyməti isə aşağı düşüb. Bu, ondan xəbər verir ki, ayrı-ayrı məhsullar üzrə müxtəlif tendensiyalar müşahidə olunur".H.Əsədov əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyi ət kəsimi üçün iri məkanların tikintisinə hazırlaşır: "Hazırda bu layihə çərçivəsində irimiqyaslı tikinti işləri aparılır".

 

Mənbə: Milli.Az

23 oktyabr 2014
GO BACK