Dünya gözəl məkanlarla zəngindir. Bu möhtəşəm məkanları görmək üçün hamının arzusudur.
ANS PRESS indidən tətil planı quranlara, gündəlik həyatın stresindən qurtulub rəngarəng tətil keçirmək istəyənlərə gəzməli-görməli yerləri təqdim edir. 2015-ci ildə mütləq görməniz gərəkən 10 məkanı təqdim edirik.
1.Sinqapur
Sinqapur tayı bərabəri olmayan mətbəxi, fərqli mədəniyyətləri birləşdirməsi ilə siyahının ilk pilləsində yer alır.
2. Namibya
Afrikanın cənubundakı Namibya vəhşi təbiəti, təbii gözəllikləri ilə sehrləyir.
3. Litva
Ağ qumu, zəngin canlıları olan meşələri ilə Litva siyahının ilk üçlüyündədir.
4. Nikaraqua
Mərkəzi Amerikanın ən böyük ölkəsi adını müdriklik və güc mənasına gələn tayfalardan birindən götürüb. Burada bir çox mədəniyyətlərin izini bir arada görə bilərsiniz.
5. İrlandiya
Gizli gözəlliklərini, mədəniyyətini kəşf etsəniz bir daha bu ölkədən getmək istəməyəcəksiniz.
7. Serbiya
Ölkənin cənubu dağlar, vadilər, vəhşi həyatla, paytaxt Belqrad isə şəhər mədəniyyəti, enerjisi ilə insanı cəlb edir.
8. Fillippin
7000-dən çox adadn ibarət Filippin fəal vulkanlar, tropik çimərliklər, yeraltı çaylar, mağaralar ölkəsidir. Bu da onu turistlər üçün cəlbedici edir.
9.Santa Luisa
Karib dənizindəki vulkan, yağış meşələri ilə özünəməxsus gözəlliyə sahibdir. Burada turistlər Afrika, Hindistan,Fransız, İngilis mədəniyyətinin izlərini görə bilərsiz.
10. Mərakeş
Avropa səyahətindən bezənlər üçün şərq ən gözəl seçimdir. Xüsusilə Mərakeş. Burada dünyanın ən uzun minarəsi olan məscid, Atlas dağlarının möhtəşəm mənzərəsini görə bilərsiz.
Mənbə: ANS PRESS