Bu gün Avropa Liqasının qrup mərhələsində III turun növbəti oyunları keçiriləcək.
Milli.Az Qol.Az-a istinadən xəbər verir ki, turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" klubu növbəti matçına çıxacaq.
Ağdam təmsilçisi üçüncü görüşündə Ukraynada "Dnepr"in qonağı olacaq. İki oyundan sonra hər iki komandanın aktivində 1 xal olması matça olan marağı bir qədər də artırır. Bu görüşdə qələbə qazanacaq komanda qrupdan çıxmaq yolunda önəmli addım atmış olacaq. Kiyevdə keçiriləcək oyun Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.
Qeyd edək ki, ilk görüşündə evdə "Sent-Etyen"lə 0:0 bərabərə qalan "Qarabağ" səfərdə "İnter"ə 0:2 hesabı ilə uduzub.
23 oktyabr
Avropa Liqasının qrup mərhələsi, III tur
Avropa Liqasının qrup mərhələsi, III tur
00:05. "Dnepr" (Ukrayna) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Libor Kovarik, Kristof Menkl və Yan Patak (hamısı Çexiyadandır)
Kiyev. "Olimpiyski" stadionu.
Hakimlər: Libor Kovarik, Kristof Menkl və Yan Patak (hamısı Çexiyadandır)
Kiyev. "Olimpiyski" stadionu.
S
|
Komandalar |
O
|
Q
|
H
|
M
|
T-F
|
Xal
|
1.
|
İnter |
2
|
2
|
0
|
0
|
3:0
|
6
|
2.
|
Sent-Etyen |
2
|
0
|
2
|
0
|
0:0
|
2
|
3.
|
Dnepr |
2
|
0
|
1
|
1
|
0:1
|
1
|
4.
|
Qarabağ |
2
|
0
|
1
|
1
|
0:2
|
1
|
Mənbə: ANS PRESS