Azərbaycanın Quba rayonunda zəlzələ baş verib.
ANS PRESS-in AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, ilkin məlumatlara əsasən, ötən gecə yerli vaxtla saat 03:24-də Pirquludan 27 km şimalda Quba ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 3, dərinliyi 4 km olub. Zəlzələ hiss edilməyib.
Mənbə:ANS PRESS