Azərbaycanda keçiriləcək "Formula-1" yarışı ilə bağlı layihənin təqdimat fotoları yayımlanıb.
ANS PRESS-in məlumatına görə, fotoları Tilke GmbH memarlıq bürosu (tilke.de) yayımlayıb. 2016-cı ildə keçiriləcək Qran pri yarışında Bakının mərkəzi küçələri başqa abu-havaya bürünəcək.
Bakı yolunun uzunluğu 6 km olacaq. Paytaxtımızda keçirilən yarışda avtomobillər 340 km/s yığa biləcəklər.
Yolda 8 sağ, 12 sol döngə olacaq. Bu göstəricilərinə görə Bakı yolu "Formlua-1" yolları arasında xüsusi yer tutur.
Bakı yolunun maraqlı fotolarını sizə təqdim edirik:
Mənbə: ANS PRESS