Qadin.NET / Elm də təsdiq etdi: bürclərin insan xasiyyətinə təsiri var

Elm də təsdiq etdi: bürclərin insan xasiyyətinə təsiri var

Alimlər bir daha təsdiq ediblər ki, insanların doğum tarixləri onların gələcək talelərini müəyyənləşdirə bilər. Doğum tarixi xüsusilə də insanların temperamentinə təsir göstərir. Milli.Az-ın məlumatına görə, bir qrup macarıstanlı alim araşdırma aparıb və maraqlı nəticələrə gəliblər. Tədqiqata professor Kseniya Qonda rəhbərlik edib. Elmi cəhətdən sübuta yetirilib ki, serotonin və dofamin kimi neyro ötürücülərin səviyyəsi ilin müxtəlif fəsillərində dəyişir. Bu effekt insanın bütün həyatı boyu qalıcı olur. Burada bir məqamı da qeyd etmək lazımdır: bahar fəsli martın 21-dən başlayır, iyunun 21-ə qədər davam edir, yay fəsli 22 iyundan başlayaraq 22 sentyabra qədər davam edir. Payız fəsli sentyabrın 23-dən dekabrın 21-ə qədər sürür. Qış fəsli isə dekabrın 22-dən martın 20-ə qədər çəkir. Bu qarışıqlıq zodiak təqvimi ilə üst-üstə düşür. Macarıstanlı alimlər öz eksperimentlərinə ilin fərqli fəsillərində dünyaya gəlmiş 400 nəfəri dəvət edblər. Onlar üzərində bir sıra biokimyəvi araşdırma aparılıb. Nəticələr isə kifayət qədər maraqlı olub. Misal üçün, yay fəslində dünyaya gələn şəxslər əhvallarının tez-tez dəyişməsi ilə fərqləniblər. Alimlər bu fenomeni tsiklomitik temperament adlandırıblar. Qışda doğulan insanlar emosional cəhətdən daha stabildirlər. Onlarda qıcıqlanma hissi, demək olar ki, heç yoxdur. Hipertimik temperament yayda və yazda doğulmuş insanlara xasdır. Belə adamlar adətən pozitiv və həyatsevər olurlar. "Qış adamları" isə depressiyaya daha çox meylli olurlar. Bu istiqamətdə elmi araşdırmalar təzəlikcə inkişaf etməyə başlayıb. Gələcəkdə alimləri çətin dilemmalar gözləyir. 

 

Mənbə: ANS PRESS
23 oktyabr 2014
GO BACK