Qadin.NET / "Nokia" dövrü bitdi

"Nokia" dövrü bitdi

 

"Nokia" dövrü bitdi

"Nokia" brendi tarixə keçir.
ANS PRESS-in məlumatına görə, keçən il "Nokia" brendini satın alan "Microsoft" şirkəti "Nokia Lumia" telefonlarını bundan sonra "Microsoft Lumia" adı altında satışa çıxaracaq.
Qeyd edək ki, "Microsoft" keçən il "Nokia"nın mobil telefon istehsalını 7,2 milyard dollar qarşılığında almışdı.
"Nokia" və "Microsoft" arasında edilən razılaşma çərçivəsində "Microsoft"un 'Nokia' adını 10 il boyunca istifadə haqqı var. ABŞ şirkəti hesab edir ki, sözügedən telefon yeni adda daha çox satılacaq. Şirkət yeni qərarının uğurlu olacağını açıqlayıb.

Mənbə: ANS PRESS

 

23 oktyabr 2014
GO BACK