Qadin.NET / Hava haqqında

Hava haqqında

 

Oktyabrın 23-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzerTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.
Cənub küləyi 7-12 m/s, axşam şimal-qərb küləyi 9-14 m/s olacaq.
Temperaturun gecə 7-10° isti, gündüz 18-23° isti, Bakıda gecə 8-10° isti, gündüz 20-22° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə və axşam 70-80, gündüz 40-50 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında
 hava, əsasən, yağmursuz keçəcək.

Qərb küləyi 5-10 m/s olacaq.
Temperaturun gecə 4-9° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Qərb küləyi 5-10 m/s olacaq, arabirgüclənəcək.
Temperaturun gecə 2-7° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman olacaq.Qərb küləyi 5-10 m/s olacaq, arabir güclənəcək.
Temperaturun gecə 5-9° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Qərb küləyi 5-10 m/s olacaq, arabir güclənəcək.
Temperaturun gecə 3-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.Qərb küləyi 5-10 m/s olacaq.
Temperaturun gecə 5-10° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər dağlarda duman olacaq.Şimal-şərq küləyi 5-10 m/s olacaq, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.
Temperaturun gecə 8-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16° isti olacağı gözlənilir. 

Mənbə: Milli.Az
23 oktyabr 2014
GO BACK