Qadin.NET / Azərbaycan kəndində ilk

Azərbaycan kəndində ilk

 

Azərbaycan kəndində ilk

Yardımlı rayonunun Daşkənd kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
ANS PRESS-in məlumatına görə, bu münasibətlə keçirilmiş tədbirdə Yardımlı rayon İcra Hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 159 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 21582 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. 159 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. 

 Mənbə: ANS PRESS 

22 oktyabr 2014
GO BACK