Qadin.NET / Yeni bankomatlar gəlir

Yeni bankomatlar gəlir

 

Yeni bankomatlar gəlir

Ölkədə pensiyaçılar üçün ayrıca bankomatlar quraşdırıla bilər. 
ANS TV-nin məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bu gün “Sosial müdafiə sahəsində göstərilən elektron xidmətlərin genişləndirilməsi və keyfiyyətinin artırılması” mövzusunda seminarda bildirib. 
Həmin bankomatların poçt şöbələrində quraşdırılması planlaşdırılır. Amma bununla yanaşı, pensiyaları əvvəllər olduğu kimi, bankların quraşdırdıqları bankomatlar vasitəsilə də almaq mümkün olacaq.

 

Mənbə: ANS PRESS

22 oktyabr 2014
GO BACK