Qadin.NET / Bu qış yaman soyuq olacaq

Bu qış yaman soyuq olacaq

 

Bu qış yaman soyuq olacaq

Bu il qış çox sərt olacaq. Belə ki, rusiyalı hidrometeorloqlar 2014–2015-ci ildə dünya əhalisinin son 10 ilin ən soyuq qışını yaşayacağını proqnozlaşdırırlar. Proqnozların hazırlanmasında isə onlar 1961–1990-cı illərin məlumatlarından istifadə edirlər. Sinoptiklər yaxın qonşumuzda bu il əsl "rus qışı" olacağını deyirlər. Bu soyuq hava əsasən Avropanı, Rusiyanı əhatə edəcək. Ötən qış ABŞ-da müşahidə edilən kəskin şaxtaları doğru təxmin edən və 198 ildir nəşr edilən "Fermer almanağı" da bu qışın sərt olacağını açıqlayıb. Dekabr fevral aylarında şiddərli qar fırtınaları, yağışlar gözlənilir. Dondurucu soyuqlar Kanadanı da təsiri altına alacaq. Ən soyuq havanın yanvar və fevral aylarında olacağı ehtimal edilir. 
Mütəxəssislərin bu proqnozları ilə azərbaycanlı ekoloq da razıdır. Beklə ki, Telman Zeynalov ANS PRESS-ə açıqlamasında qışın əvəllki illərlə müqayisədə sərt olacağını deyib. "Artıq bəzi rayonlarımızda qar yağıb, havanın temperaturu əvvəlkindən daha tez aşağı düşüb”.Lakin ekoloq yağıntıların olub-olmayacağı haqqında bir məlumat vermir. Onun sözlərinə görə, külək nə qədər çox olsa yağıntı bir o qədər çox olacaq. 
Mütəxəssis tez gələn qışın, heç də tez bitəcəyini düşünmür. "Temperatur qış boyu aşağı olacaq. Lakin anomal dərəcədə aşağı temperaturlar qısamüddətli olacaq".
Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva isə qış haqqında proqnoz vermək üçün hələ çox tez olduğunu deməklə kifayətlənib. 
Mənbə: ANS PRESS 

22 oktyabr 2014
GO BACK