Qadin.NET / Ebolanın çarəsi tapıldı

Ebolanın çarəsi tapıldı

 

Ebolanın çarəsi tapıldı

Ebola xəstəliyinə qarşı eksperimental peyvəndin yeni ilin başlanğıcınadək istifadəyə veriləcək. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
ANS PRESS-in məlumatına görə, ÜST-nin direktor müavini, doktor Mari Pol Keni Cenevrədə Ebola xəstəliyinə qarşı peyvəndlərin Avropada, Birləşmiş Ştatlarda və Afrikada kliniki təcrübələrdən keçirildiyni deyib: "Peyvəndlər təhlükəsizdir və Qərbi Afrika ölkələrində yanvar ayında təcrübədən keçirilə bilər. Ebola xəstəliyinə qarşı peyvəndin geniş istifadəyə nə zaman veriləcəyi hələlik bilinmir."
İspaniyada səhiyyə nümayəndələri Ebola virusuna yoluxmuş tibb bacısının yardımçısı Tereza Rineri Ramosun virusdan xilas olduğunu bildiriblər. O, bu ayın əvvəlində Ebola virusuna yoluxduğu test zamanı təsdiqlənib və xəstəxənaya yerləşdirilib.
Xatırladaq ki, Ebola xəstəliyi Qərbi Afrikada bu il 4500-dən çox insanın ölümünə səbəb olub.

Mənbə: ANS PRESS

 

22 oktyabr 2014
GO BACK