Qadin.NET / Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?

Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?

 

Bakıda yol qəzalarının günün ən çox hansı saatlarında qeydə alındığına dair statistik məlumatlar açıqlanıb

Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən Trend-ə bildiriblər ki, 2014-cü ilin 9 ayı ərzində baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, hadisələrin çoxu saat 20:00-24:00 aralığında baş verir. 
Belə ki, hesabat dövründə göstərilən zaman kəsiyində paytaxtda 184 yol qəzası baş verib. Hadisələr nəticəsində 76 nəfər ölüb, 177 nəfər xəsarət alıb.
Saat 00:00-dan 06:00-dək 115 yol qəzası baş verib və bu zaman 58 nəfər ölüb, 110 nəfər yaralanıb.
Saat 06:00-dan 08:00-dək 27 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 10 nəfər ölüb, 22 nəfər yaralanıb.
Saat 08:00-dan 13:00-dək 113 qəza baş verib. Nəticədə 28 nəfər ölüb, 121 nəfər yaralanıb.
Saat 13:00-dan 18:00-dək 153 hadisə qeydə alınıb. Qəzalar zamanı 43 nəfər ölüb, 147 nəfər xəsarət alıb.
Saat 18:00-dan 20:00-dək isə 87 yol qəzası baş verib. Qeydə alınan qəzalar nəticəsində 22 nəfər ölüb, 90 nəfər xəsarət alıb.
Qeyd edək ki, 2014-cü ilin 9 ayı ərzində paytaxtın inzibati ərazisində 679 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 237 nəfər ölüb, 667 nəfər xəsarət alıb. Baş vermiş qəzalar nəticəsində həlak olanlardan 164 nəfəri kişi, 59 nəfəri qadın, 14 nəfəri uşaq, yaralananların isə 431 nəfəri kşi, 189 nəfəri qadın, 47 nəfəri uşaq olub.

Mənbə: Milli.Az

 

22 oktyabr 2014
GO BACK