Qadin.NET / Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı bilindi

Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı bilindi

 

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək

Trend-in məlumatına görə, bu barədə təklif MSK üzvləri tərəfindən yekdilliklə qəbul edilib.
İclasa sədrlik edən MSK sədri Məzahir Pənahov qeyd edib ki, ötən bələdiyyə seçkiləri dekabr ayının 23-də baş tutub və bu ilin dekabr ayının 23-də bələdiyyə üzvlərinin səlahiyyətləri başa çatır.
M.Pənahov bu il də bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini məqsədəuyğun hesab etdiyini vurğulayaraq təklifi səsə qoyub.

İclasda qeyd olunub ki, bələdiyyə seçkiləri üçün seçki bülletenlərinin hazırlanması dekabrın 13-dək həyata keçiriləcək. 2015-ci il yanvar ayının 17-nə qədər isə bələdiyyə seçkilərinin nəticələrinin elan edilməsi başa çatmalıdır. Bələdiyyə seçkilərində təşviqat kampaniyası seçkilərə 23 gün qalmış başlayacaq.
Mənbə: Milli.Az

 

22 oktyabr 2014
GO BACK