Qadin.NET / Namaza başlamazdan əvvəl...

Namaza başlamazdan əvvəl...

 

Namaza başlamazdan əvvəl qılmadığımız qəza namazlarını hansı ardıcıllıqla qılmalıyıq? 
Milli.Az islam.az-a istinadən bildirir ki, yetkinlik yaşına çatdıqdan sonra insan hər hansı səbəb üzündən gündəlik vacib namazları qılmayıbsa, mütləq bunları qəza etməlidir. Bu zaman əksər müctəhidlərin rəyinə görə, günlər arasında ardıcıllığa riayət etmək vacib deyil. Yəni müxtəlif günlərə aid qəza namazları olan adamın öncə daha əvvəlki günün namazını, sonra isə daha sonrakı günün namazını qılması vacib şərt deyil. Amma bəzi müctəhidlər (məsələn, mərhum Ayətullahül-üzma Behcət) bunu lazım bilirdi. 
Lakin bütün müctəhidlərin fətvasına görə, eyni gündən həm zöhr, həm də əsr namazı qəzaya qalıbsa, əvvəlcə zöhr, sonra əsr namazı qılınmalıdır. Məğrib və işa namazları da beləcə.
Mənbə: Milli.Az

 

22 oktyabr 2014
GO BACK