Qadin.NET / Baş nazirdən şok açıqlama

Baş nazirdən şok açıqlama

 

Baş nazirdən şok açıqlama

Türkiyə baş naziri Əhməd Davudoğlu İstanbuldakı Taksim meydanını dünyanın ən çirkin meydanı adlandırıb.
ANS PRESS-in məlumatına görə, jurnalistlərlə söhbət edən Davudoğlu bildirib ki, şəhərlər və mədəniyyətlər barədə kitab yazır. O, iddia edib ki, Taksimi gözəl sayanlarla razı deyil. 
“Taksim dünyanın ən çirkin meydanıdır. Biz meydan dedikdə Venetsiya meydanını və ya İsfahan meydanını nəzərdə tuturuq. Taksim təsadüfən meydan olub. Əgər ordakı silah anbarı dağıdılmasaydı, orda meydan olmazdı. Əvvəl orada erməni qəbristanlığı olub”,- deyə Davudoğlu vurğulayıb. 
Mənbə: ANS PRESS 

22 oktyabr 2014
GO BACK